Menu

ABŞ-dakı silahlı hücumu qınayırıq - Azərbaycan XİN

13.06.2016, 13:20

trend_mid_azerbaijan_main xin“Birləşmiş Ştatlar xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-da çoxlı insan ölümü ilə nəticələnən hadisəyə münasibət bildirib.

“Report”un xəbərinə görə, XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib: “12 iyun 2016-cı il tarixində Amerika Birləşmiş Ştatlarının Orlando şəhərində çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli silahlı hücumu qınayırıq. Həlak olanların ailələrinə və Amerika Birləşmiş Ştatlarının xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol