Menu

ABŞ-da yanacaq doldurma məntəqəsində iki nəfər güllələnərək öldürülüb

13.06.2016, 14:28

Tapancadan ateshHadisənin baş vermə səbəbi və şübhəli haqda məlumat yayılmayıb

ABŞ-ın Ohayo ştatında yanacaq doldurma məntəqəsində iki nəfər güllələnərək öldürülüb.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

İnformasiyaya əsasən, hadisə ştatın Klivlend şəhərində baş verib.

Məlumata görə, polis hadisə yerində 24 yaşlı kişi və 18 yaşlı qadın meyiti aşkar edib.

Hadisənin baş vermə səbəbi və şübhəli haqda məlumat yayılmayıb.

Polis araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol