Hazırda onun cəsədinin tapılaraq sudan çıxarılması istiqamətində axtarışlar aparılır.
Salyan rayonunda 15 yaşlı gənc suda batıb. Rayonun Polis İdarəsindən Ans press-ə verilən məlumata görə, şəhər sakini 2001-ci ildə anadan olmuş Alxas Sadıq oğlu Mirməmmədov bu gün günorta saatlarında Akkuşa çayının qadağan olunmuş təhlükəli və dərin hissəsində çimərkən qəfildən su onu aparıb. Sudan çıxa bilməyən gənc həyatını itirib.
Dərhal əraziyə Fövəqadə Hallar Nazirliyinin dövlət sularda xilasetmə briqadasının əməkdaşları cəlb edilib. Hazırda onun cəsədinin tapılaraq sudan çıxarılması istiqamətində axtarışlar aparılır.


Şərhlər