Menu

141 bankomat sökülüb

13.06.2016, 18:02

pensiyacilar-bankomatdaAzərbaycan ərzisində quraşdırılan bankomatların ümumi sayı aylıq müqayisədə 7 ədəd, ilin əvvəlindən isə 141 ədəd (-5,23%) azalaraq cari il mayın 1-nə 2 553 ATM təşkil edib.

Mərkəzi Bankın məlumatına görə, bankomatların 1 412 ədədi və ya 55,3%-i Bakıda, 1 141-i və ya 44,7%-i regionlarda yerləşir. Aprel ayında paytaxtda 9 bankomat bağlansa da, regionda 2 yeni bankomat quraşdırılıb.

İlin əvvəli ilə müqayisədə paytaxtda bankomatların sayı 5,99% və ya 90 ədəd, regionlarda 51 ədəd və ya 4,28% azalıb.

Hesabata əsasən, cari il mayın 1-nə ölkədə hər 3,81 min nəfərə bir bankomat düşüb. İlin əvvəlində isə bu göstərici 3,6 min nəfər/ATM təşkil edib. /"Repor"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol