İranın rabitə və informasiya texnologiyaları naziri ilə Azərbaycanın iqtisadiyyat naziri arasında telefon danışığı olub
"İran prezidenti Həsən Ruhani yaxın vaxtlarda Azərbaycana səfər edəcək".
"Report" İRNA-ya istinadən xəbər verir ki, bunu İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə telefon danışığında bildirib.
Söhbət zamanı İran prezidentinin Azərbaycana səfəri üçün zəruri olan bütün tədbirlərin görülməsi qərara alınıb.
Qeyd edək ki, M.Vaezi İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iranlı həmsədridir.

Şərhlər