Menu

Dolların sabah da bahalaşacağı gözlənilir - Tələb artıb

14.06.2016, 14:33
Dolların sabah da bahalaşacağı gözlənilir - Tələb artıb

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən növbəti hərrac keçirilib.

“Marja”nın bank sektorundan əldə etdiyi məlumata görə, hərraca Neft Fondu tərəfindən 50 milyon ABŞ dollar çıxardılsa da, banklar 180 milyon dollar almaq istəyiblər.

Bundan əvvəlki hərracda bankların tələbi 500 milyon dollar olmuşdu.

Bank sektorundan bildirilib ki, bu gün Mərkəzi Bankın təşkil etdiyi hərracda dolların orta satış qiyməti 1.5158 manat olub.

Mərkəzi Bank 15 İyun 2016-cı il tarixi üçün rəsmi USD/AZN məzənnəsini 17:00 radələrində açıqlayacaqdır. Adətən Mərkəzi Bankın açıqladığı məzənnə hərracdakı orta qiymət ətrafında olur.

Əgər sabaha olan rəsmi USD/AZN məzənnəsi 1.5158 səviyyəsi ətrafında elan olunarsa, bu, Dolların Manat qarşısında bahlaşması demək olacaqdır (Bu gün USD/AZN 1.5120).

Xəbər verdiyimiz kimi, Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 26 banka satılmışdır.

Qeyd edək ki, bu ilin 11 Mart tarixində rəsmi USD/AZN məzənnəsi 1.6456 səviyyəsinədək qalxmış, 25 May tarixində isə 1.4900 səviyyəsinədək düşmüşdü.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol