Xarici KİV-in yaydığı məlumata görə, Finylandiyanın müdafiə nazirliyi (MN) hesab edir ki, NATO-nun Şərqi Avropada, o cümlədən, Batlikyanıda yerləşdirəcəyi batalyonlar Baltik dənizi bölgəsinə sabitlik gətirəcək. Belə bəyanatla Şimali Atalantika bloku dövlətləri müdafiə nazirlərinin Brüsseldə keçirilən iki günlük görüşündə Finlandiyanın müdafiə naziri Yussi Niiniste çıxış edib.
«Hesab edirəm ki, bu (batalyonların yerləşdirilməsi - red.), stabillik (bölgədə - red.) yaradılması məsələsində əhəmiyət daşıyır. Baltik ölkələri müəyyən mənada, istehlakçı idilər, nəinki təhlükəsizlik qarantı» - deyə, fin nazir «Yule» teleşirkətinə danışıb.
Nazirin fikrincə, indi «heç kim üçün naməlum olmayacaq ki, NATO bu .ölkələri müdafiə edir». Eyni zamanda, o, əlavə edib ki, batalyonlar «Avropada vəziyyəti sakitləşdirir».
NATO-nun 4 çoxmillətli batalyonunun Şərqi Avropada yerləşdirilməsi artıq 2017-ci ilin əvvəlində baş tuta bilər. Bu bölmələr 3 Baltikyanı ölkədə və Polşada yerləşdiriləcək.
AzPoliika.info

Şərhlər