Menu

Rusiya səfiri Ərdoğanın iftar mərasimində

15.06.2016, 19:21

erdoqan_tRusiya səfiri Andrey Karlov bu axşam dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Prezident iqamətgahında verəcəyi iftar mərasimində iştirak edəcək.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərinə görə, bu barədə dəvət Andrey Karlova Türkiyə Xarici İşlər Nazirliyindən gəlib.

Türkiyə prezidentinin bu axşam verəcəyi iftar süfrəsinə digər xarici ölkə səfirlərinin də qatılacağı bildirilib.

İyunun 18-də isə Moskvadakı Türkiyə səfirliyi də iftar süfrəsi açacaq.

Türkiyə səfirliyinin iftar mərasimi Rusiya paytaxtındakı Qələbə Məscidinin yanındakı çadırda keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol