Menu

Azərbaycanda bahalı və nadir həşərat tapıldı

15.06.2016, 21:53
Azərbaycanda bahalı və nadir həşərat tapıldı

Sözügedən böcəklər dünyanın ən güclü həşəratı kimi tanınır.

Azərbaycan ərazisində nadir böcək növünə rast gəlinib. “Kərgədan böcəyi” adlanan həşərat Tərtərin Seydimli kənd sakini Nail Hüseynov tərəfindən yaşadığı evin həyətində aşkar olunub.

Ans press-ə açıqlamasında Nail Hüseynov uzunluğu 5-6 santimetr olan həşəratı saxlamaqda çətinlik çəkmədiyini qeyd edib.

"Bu həşərat barədə çox eşitmişəm və oxumuşam. “Kərgədan böcəyi”ni saxlamaqda çətinliyim yoxdur. Hazırda onu neyləyəcəyim barədə heç bir fikrim yoxdur. Ev şəraitində saxlayıram", - deyə Nail Hüseynov bildirib.

Həşəratın alın hissələrində buynuzşəkilli çıxıntı olduğu üçün “Kərgədan böcəyi” adlanır. Avropa, Şimali Afrika, Orta və Kiçik Asiya, Qafqaz və Qərbi Sibirin cənubunda yaşayan bu növ həşərətlara latınca “Oryctes Nasicornis” deyilir. Sözügedən böcəklər öz ağırlıqlarının təxminən 30 qat artığını daşıma iqtidarında olduqları üçün dünyanın ən güclü həşəratı kimi tanınırlar.

Son vaxtlar bu böcək insanların diqqət mərkəzinə düşüb. Buna səbəb “kərgədan böcəyi”nin yüksək məbləğdə maddi dəyərinin olmasıdır. Türkiyə mətbuatı sözügedən həşəratın əsasən Uzaq Şərq ölkələrində qiymətli bir canlı olduğunu, 90 min dollar civarında satıldığı barədə yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol