Menu

ÜST-dən XƏBƏRDARLIQ - Bu içkilər xərçəng yaradır

16.06.2016, 11:31
ÜST-dən XƏBƏRDARLIQ - Bu içkilər xərçəng yaradır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yanında Xərçəngin öyrənilməsi üzrə beynəlxalq agentlik həddən artıq qaynar qəhvə və çayın istifadəsini sağlamlıq üçün təhlükəli hesab edir.

"Report" xəbər verir ki, agentliyin tədqiqatına əsasən, həddən artıq qaynar çay və qəhvənin istifadəsi qida borusunun xərçənginə gətirib çıxara bilər.

Söhbət qaynarlığı 65 dərəcə Selsidən yüksək olan içkilərdən gedir.

Tədqiqatın üzərində 23 alim işləyib. Onların işinin nəticələri "Lanset" tibbi jurnalında dərc olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol