Bu gün Mərkəzi Bankın təşkil etdiyi hərracda dolların orta satış qiyməti 1.5188 manat olub.
Bu barədə “Marja”ya bank sektorundan bildirilib.
Mərkəzi Bank 17 İyun 2016-cı il tarixi üçün rəsmi USD/AZN məzənnəsini 17:00 radələrində açıqlayacaqdır. Adətən Mərkəzi Bankın açıqladığı məzənnə hərracdakı orta qiymət ətrafında olur.
Əgər sabaha olan rəsmi USD/AZN məzənnəsi 1.5188 səviyyəsi ətrafında elan olunarsa, bu, Dolların Manat qarşısında bahlaşması demək olacaqdır (Bu gün USD/AZN 1.5150).
Qeyd edək ki, bu ilin 11 Mart tarixində rəsmi USD/AZN məzənnəsi 1.6456 səviyyəsinədək qalxmış, 25 May tarixində isə 1.4900 səviyyəsinədək düşmüşdü.
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 24 banka satılmışdır.


Şərhlər