Menu

Maştağada nəvə nənəsinin evində özünü bıçaqlayıb

16.06.2016, 17:43

BicaqYaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib

Sabunçu rayon sakini özünə bıçaq xəsarəti yetirib.

“Report”un xəbərinə görə. Hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbənin “Gülçülük sovxozu” adlandırılan ərazisində yeni tikilidə yaşayan 84 yaşlı Gülşən İbrahimovanın evində nəvəsi Bakı şəhər sakini 27 yaşlı Zaur Mənsurov ailə münaqişəsi zəminində özünün döş nahiyəsinə bıçaq xəsarəti yetirib.

Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol