Menu

Böyük Britaniya parlamentinin deputatı bıçaqlanıb

16.06.2016, 18:18

britaniya-bayraqHəkimlər 41 yaşlı Koksun vəziyyətini ağır kimi qiymətləndiriblər

Böyük Britaniya parlamentinin deputatı Helen Coan Koks ölkənin şimalındakı Qərbi Yokşir qraflığında ağır yaralanıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, deputat Lids şəhərinin yaxınlığında yerləşən kiçik şəhərin kitabxanasının yanında odlu silah və bıçaq yarası alıb.

Koksun kitabxanada seçicilər ilə görüşdüyü ehtimal olunur.

Həkimlər 41 yaşlı Koksun vəziyyətini ağır qiymətləndiriblər.

Fakt üzrə araşdırma başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol