ACP mitinqin təşkilatçılığında niyə iştirak etmədi?
Açıq Cəmiyyət Partiyasının sədr müavini Faiq Rzayev Hafta.az-a açıqlamasında Milli Şuranın dünənki mitinqi haqda danışıb. O bildirib ki, mitinq istədikləri kimi baş tutdu:
“Bu mitinq ötən dəfəkindən daha yaxşı alındı. Stadiondan kənarda dayanıb izləyənlər də vardı. Açıq Cəmiyyət Partiyası mitinqin təşkilatçılıq işində iştirak etmədi. Bizə dedilər ki, öz partiyanızın hazırlıq işləri ilə məşğul olun. Bizim Mitinq Komitəsində partiyanı mən təmsil edirəm. Mən də xəstə olduğum üçün təşkilatı işlərdə iştirak edə bilmədim. Amma partiya rəhbərliyi və üzvləri mitinqə qatıldı. Sədr Sülhəddin Əkbər də orda idi, tribunanın aşağısında dayanmışdı”.
F.Rzayev Sülhəddin Əkbərin tribunada olmamasının səbəbini təşkilatçıların açıqlamalı olduğunu dedi: “Digər partiya sədrləri də tribunaya dəvət edilmədi və çıxış etmədi. Bunun səbəbini isə mitinqin təşkilatçıları açıqlamalıdı. Ola bilər həmişə eyni adamlar çıxış etməsin deyə belə ediblər”.


Şərhlər