Menu

Dağıstanda atışma: 3 Xüsusi Təyinatlı öldürüldü - YENİLƏNİB

17.06.2016, 11:28
Dağıstanda atışma: 3 Xüsusi Təyinatlı öldürüldü - YENİLƏNİB

Dağıstanın Dərbənd və Süleyman-Stal rayonlarında təhlükəsizlik qüvvələri ilə silahlı qrup arasında baş verən atışma nəticəsində Rusiya Xüsusi Təyinatlı Milis Dəstəsinin ("OMON") 3 döyüşçüsü həlak olub.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, döyüşçülərdən biri Süleyman-Stal rayonunda, ikisi isə Dərbəndin Gəcux kəndində öldürülüb.

İnformasiyaya əsasən, Dərbənddəki əməliyyat nəticəsində silahlıların "Cənub" qrupunun başçısı Həsən Abdullayev də zərərsizləşdirilib.

* * *

Dağıstanın Dərbənd rayonunda Rusiyanın təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma olub.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə Dərbəndin Gəcux kəndində baş verib.

Silahlıların sayı və hadisə haqda ətraflı məlumat yayılmayıb.

Məlumatda bildirilib ki, Dağıstanın Süleyman-Stal rayonunda da antiterror əməliyyatı rejimi tətbiq edilib. Xəbərə əsasən, federal qüvvələrin əməkdaşları əməliyyat nəticəsində 4 silahlını öldürüblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol