Menu

“Sən nə qədər az danışsan, o qədər yaxşıdır" - Spikerdən Etibar Hüseynova mələhət

04.04.2014, 12:07
“Sən nə qədər az danışsan, o qədər yaxşıdır" - Spikerdən Etibar Hüseynova mələhət

Deputat köçkünlərdən üzr istədi

Milli Məclisin növbəti iclası öz işinə başlayıb. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda ilk çıxış edən deputat Etibar Hüseynov dedi ki, sosial mediada təxribatla üz-üzədir: “Məsələ ondadır ki, həmin çıxış eyni ünvandan yayılsa da, müxtəlif başlıqlar qoyaraq yayılır. İnsanları qıcıqlandıran, onların ləyaqətini alçaldan fikirlər yayılır. Guya mən deyirəm kli, qaçqınlar kimdir ki, mən onlardan üzr istəyim, gedin Suriyada döyüşün və sair. Artıq bu faktları toplayıram və yaxın vaxtlarda onlar ifşa olunacaq. Mənim heç kimi təhqir etmək fikrim olmayıb. Gərək daha ehtiyatlı danışaydım ki, insanların Əgər bir kəsin qüruruna toxunan fikir şlətmişəmsə, həmin insanlardan üzr istəyirəm. Bu andan etibarən istintaq başa çatmamış mediaya heç bir açıqlama verməyəcəyəm”.

O.Əsədov dedi ki, “sən mətbuatda nə qədər az danışsan, o qədər yaxşıdır, yaxşı ki, geniş açıqlama verməmisən. Dünən intizam komissiyasının sədrinin iştirakı ilə bu məsələni ciddi şəkildə müzakirə etdik. Ona görə də mən millət vəkiləlrindən xahiş edirəm ki, bu məsələni xırdalamayaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol