Menu

Formula 1 üzrə Avropa Qran Prisində - 3 pilot yolu səhv salıb

17.06.2016, 13:36

formula-1-azerbaycan-icin-geri-sayim-basladi0970bebce7745039a21bPilot düz istiqamətdə hərəkət edib yolun bağlı olduğunu görüb

Formula 1 üzrə Avropa Qran Prisinin sərbəst yürüşündə maraqlı hadisə baş verib. "Report"un məlumatına görə, "Haas" komandasının pilotu Esteban Qutyerres yolu səhv salıb.

16-cı döngədə sola dönməli olan pilot düz istiqamətdə hərəkət edib yolun bağlı olduğunu görüb. Daha sonra pilot bolidini doğru istiqamətə sürərək mübarizəyə davam edib.

"Renault"un pilotu Kevin Maqnussen də həmin döngədə eyni halı yaşayıb.

Analoji hadisə ilə eyni döngədə "Red Bull" komandasının pilotu Daniil Kvyat da üzləşib.

Qeyd edək ki, hazırda ən yaxşı göstərici "Mercedes"in pilotu Lyuis Hamiltona məxsusdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol