Rusiya 2013-cü ildə Azərbaycana 12 döyüş helikopteri satıb. Avropa.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu məlumat “Rosvertol”un yaydığı illik məlumatda bildirilib. Məlumatda qeyd olunur ki, şirkət 2013-cü ildə Azərbaycana 300 milyon dollara dəyərində olan 12 Mi-35M döyüş helikopteri satıb. Azərbaycana satılan helikopterlərdə gecəgörmə sistemi, eyni zamanda İRTV-445MGH özünü müdafiə sistemi quraşdırılıb.
Azərbaycan eyni zamanda, tank əleyhinə olan “Ştrum-B” 9 K114 raketi, idarə olunmayan C-8, C-24 raketləri, həmçinin12,7 və 7,62 kalibrli 9-A-629, 9-A-622 pulemyotları, 30 millimitrlik 9-A-800 qumbaratanı alıb.


Şərhlər