Menu

Bakı-Tiflis-Ceyhanın keçdiyi ərazi rusların nəzarətinə keçdi - Şok iddia

04.04.2014, 12:22
Bakı-Tiflis-Ceyhanın keçdiyi ərazi rusların nəzarətinə keçdi - Şok iddia

Bu gün rus hərbiçiləri əsas avtomobil magistralının 300 metrliyində zəbt etdikləri ərazidə Cənubi Osetiyanın sərhədinin keçdiyini əks etdirən bannerlər düzməyə başlayıblar.

Orçosanı və Xurveleti kəndlərinə təmas xəttində düzülən həmin stendlərdə gürcü, rus və ingilis dillərində bildiriş yazıları əks olunub. Beləliklə, faktiki olaraq hazırda həmin otlaq ərazi və bu məkanda yaşayan əhalinin evləri rusların nəzarətinə keçmiş olur.

Həmin bannerlərin Cənubi Osetiya tərəfindən isə Bakı-Tiflis-Ceyhan neft kəməri keçir. Yerli əhalinin verdiyi məlumata görə, bu cür banner “qoyuluşundan” sonra neft kəmərinin bir hissəsi zəbt olunmuş torpaqların ərazisinə düşüb və magistral artıq rus sərhədçilərinin nəzarətindədir.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Analitik Departamentinin nümayəndəsi bu xəbərləri təsdiqləməyə ehtiyat edib. Qori, Kaspi və Kareli bələdiyyəsinə aid kəndlərin əhalisi rus sərhədçilərin tikanlı məftilər çəkəcəyindən ehtiyatlanırlar. Onların qənətinə görə, adətləri üzrə ruslar əvvəlcə banner, sonra isə tikanlı məftil çəkirlər. Beynəlxalq əhəmiyyətli neft kəmərinin zəbt olunmuş torpaqlarda qalacağı ciddi narahatlıq doğurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol