Menu

Ağdaşda təkrar seçkilər keçirilir - VİDEO

18.06.2016, 10:15

secki_prosesiiBu gün 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçirilir.ANS PRESS-in məlumatına görə, səsvermə saat 08:00-da başlayıb və 19:00-da başa çatacaq. Seçkiləri 500-dən artıq yerli və xarici müşahidəçi izləyir.

Seçkilərdə 7 namizəd iştirak edir. Onlar Yeni Azərbaycan Partiyasından namizəd Cavid Osmanov, Ümid Partiyasından namizəd İqbal Ağazadə və bitərəf namizədlər Əli Haqverdiyev, Anar İbrahimli, Rəşid Gözəlov, Rəşad Abdullayev və Elmir Gözəlovdur.

Mərkəzi Seçki Komissiyasının 17 noyabr 2015-ci il tarixli iclasında 90 saylı Ağdaş seçki dairəsi üzrə beşinci çağırış Milli Məclisə seçkilərin nəticələri etibarsız hesab edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol