Türkiyənin turizm cənnətlərindən hesab edilən Antalyada güclü yanğın başlayıb. Alov Kəmər rayonundakı Göynük Məhəlləsində yerləşən meşə massivini cənginə alıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.
Məlumata görə, yanğın səhər 7 radələrində başlayıb. Lakin küləyin də təsirindən qısa müddətdə daha geniş əraziyə yayılıb.
Bölgəyə çoxlu sayda yanğınsöndürən maşınlar cəlb olunub, yanğına qurudan və havadan müdaxilə edilir.


Şərhlər