Menu

İlyas İsmayılov boş qalan dairələrdə seçki keçirməyə çağırır

04.04.2014, 12:44
İlyas İsmayılov boş qalan dairələrdə seçki keçirməyə çağırır

Milli Məclisin 4 aprel iclasında danışan deputat, Ədalət Partiyasının sədri İlyas İsmayılov boş qalmış seçki dairələrində təkrar seçki keçirilməsi məsələsini qaldırıb.

“Media forum” saytının məlumatına görə, deputat deyib: “Zaqataladan seçilmiş millət vəkili Hikmət Atayev ötən il yol qəzasında dünyasını dəyişdi. Gülər Əhmədova 2012-ci ildə məlum hadisələrdən sonra mandatından imtina etdi. Əli Əhmədov 2013-cü ildə yeni vəzifəsinə görə (baş nazirin müavinidir – red.) millət vəkilliyindən getdi. Seçkinin keçirilməməsi konstitusiyanı, Seçki Məcəlləsini pozur. Hesab edirəm ki, tezliklə boş qalan yerlərə seçki keçirilməlidir”.

Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol