Menu

Sabiq vicdan məhbusu AŞ PA-nın yay sessiyasında iştirak edəcək

18.06.2016, 15:01
Sabiq vicdan məhbusu AŞ PA-nın yay sessiyasında iştirak edəcək

Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin direktoru, “Gununsesi.info” xəbər portalının rəhbəri, sabiq vicdan məhbusu Pərviz Həşimli Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında iştirak edəcək.

Sessiya çərçivəsində Pərviz Həşimlinin AŞPA üzvləri, eləcə də bir sıra beynəlxalq qurumların təmsilçiləri ilə görüşləri olacaq. Azərbaycanda insan hüquqları və medianın durumu müzakirə olunacaq.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının yay sessiyası iyunun 20-24-dək davam edəcək.

Sessiyada Türkiyədə demokratik təsisatların durumu ayrıca müzakirə mövzusu olacaq.

Bundan başqa, Yunanınstanın bazş nazirinin də sessiyada çıxış edəcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol