Menu

Daha bir naməlum qadın meyiti aşkar edildi - Tovuzda 

19.06.2016, 23:00

menzil-meyitBu gün axşam saat 21:00 radələrində Tovuzun Aşağı Quşçu kəndində naməlum qadın meyiti aşkar edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, meyit Tovuz rayon morquna yerləşdirilib.

Hazırda qadının şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün Qazax rayonunda da 25 yaşlı naməlum qadın meyiti aşkar edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol