Menu

"Kim təsəvvür edə bilər ki, Əli Kərimlinin oğlu gedib şəhərdə plakat cırsın?" - AXCP sədri

23.09.2013, 16:47
"Kim təsəvvür edə bilər ki, Əli Kərimlinin oğlu gedib şəhərdə plakat cırsın?" - AXCP sədri

"Bunlar qurama ittihamlardır"

AXCP sədri Əli Kərimli oğlunun siyasi fəaliyyətinə görə saxlandığını düşünür. O, Azadlıq Radiosuna açıqlamasında Daxili İşlər Nazirliyinin yaydığı məlumatın tamamilə yalan olduğunu deyib:

“Dünəndən bəri baş sındırırlar ki, oğluma qarşı hansı qurama iş qurub, ittiham irəli sürsünlər. Əslində aydındır ki, mənim prinsipial mövqeyimə görə bütün ailə üzvlərim hədəfdir. Son debatlarda mənim özüm qədər, oğlumun adı hallandırılır. Mənim ailə üzvlərimə qarşı repressiyalar yeni xəbər deyil. Mənim qayınım həç bir məhkəmə qərarı, ciddi əsas olmadan iki ildir MTN-nin təcridxanasında saxlanılır. Oğluma qarşı bu şərdir, böhtandır. Mənim siyasi fəaliyyətimlə, Milli Şuranın dünənki mitinqi, AXCP-nin bu prosesdə fəal iştirakı ilə bağlıdır. İndiyə kimi başqa fəallara qarşı necə qurama ittihamlar irəli sürülübsə bu növbətisidir. Mənim oğlum hüquq fakultəsində oxuyur, əla qiymətlərlə oxuyur. Kim təsəvvür edə bilər ki, Əli Kərimlinin oğlu gedib şəhərdə plakat cırsın? Bunlar qurama ittihamlardır».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol