Menu

Ərdoğanın Bakı səfəri yekunlaşdı - - YENİLƏNİB - VIDEO

04.04.2014, 19:20
Ərdoğanın Bakı səfəri yekunlaşdı - - YENİLƏNİB - VIDEO

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat sahələrində və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Bu səfərin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından önəmi qeyd edilib.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Təkbətək görüş başa çatdıqdan sonra prezidentlərin birgə naharı olub. Onun ardınca nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olub. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan əvvəlcə mətbuat üçün bəyanatlarla çıxış edib, sonra jurnalistlərin sualları cavablandırıblar.

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına işgüzar səfəri başa çatıb.

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola salıblar.

--------

Artıq bir neçə saatdır Azərbaycanda olan Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın İlham Əliyevlə təkbətək görüşü baş tutsa da, hələ ki, mediada bununla bağlı heç bir xəbər yoxdur.

Həm Türkiyə, həm də Azərbaycan mediasında Ərdoğanın Bakı səfərində mühüm məsələlərin müzakirə olunacağı bildirilsə də, görüş mətbuata qapalı keçirildiyi üçün iki ölkənin liderlərinin nələri müzakirə etdiklərini öyrənmək mümkün olmauıb. Hətta kifayət qədər ayıq və operativ hesab olunan Türkiyə mediası belə bu görüşün detalları haqda heç bir məlumat yaya bilməyib. Yalnız İxlas Xəbər Agentliyi görüşlə bağlı qısa video-kadrlar təqdim edə bilib.

Həmin kadrlardan görünür ki, İlham Əliyevlə Ərdoğanın yemək masasında da səmimi söhbət etdikləri görünür. Lakin onların nə danışdıqları qeyd etdiyimiz kimi hələ sirdir.

Türkiyənin Baş naziri Rəcəb Tayyip ərdoğanın Bakı səfəri zamanı hər iki ölkənin lideri media qarşısına çıxıb. “Qafqazinfo” xəbər verir ki, prezident İlham Əliyevlə Ərdoğan mətbuat konfransı keçiriblər. Hər iki tərəfdən bir jurnalistə sual vermə imkanı yaradılıb. Sualların hər ikisi əsasən nurçuluqla bağlı olub.

Həm Ərdoğan, həm də İlham Əliyevə adçəkmədən mövzuya toxunublar və bir yerdə olduqlarını bəyan ediblər.

----------

Paytaxt Bakıda rəsmi səfərdə olan Türkiyənin Baş naziri, prezident İlham Əliyevlə görüşüb. “Axar.az” xəbər verir ki, Bakıya rəsmi səfərə gələn Türkiyənin Baş naziri R.T.Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb. Əliyev Ərdoğanı Prezident Administrasiyasının qarşısında qarşılayıb. Liderlərin nahar zaman təkbətək görüşü həyata keçiriləcək. Mediaya qapalı olan bu təkbətək görüşdən sonra mətbuat konfransı təşkil ediləcək.

--

TRT kanalı məlumat verib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qardaş Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini

Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar. Görüşmələrə başlamaq üçün baş nazir hazırda prezident İlham Əliyevin Zaqulbadakı iqamətgahına yola düşür.

Bu arada virtualaz.org-un verdiyi məlimata görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın namaz qılacağı "Əjdərbəy" məscidi polislər tərəfindən mühasirəyə alınıb.

Məscidə namaza gələnlər ciddi yoxlamadan keçirilir: “Hər kəs yoxlanılır. Mülki geyimlilər məsciddə namaza gələnlərə nəzarət edirlər. Məscidin ətrafı polis nəzarətindədir. Yolda hərəkət məhdudlaşdırılıb”.

-------

Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoğan bir qədər öncə Bakıya rəsmi səfərə gəlib. Ərdoğan artıq Azərbaycanda Heydər Əliyev adına beynəlxalq hava limanındadır. Ərdoğanla birgə Bakıya enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, müdafiə naziri İsmət Yılmaz da gəlib.

Qeyd edək ki, R.T. Ərdoğanın Bakıya səfəri çərçivəsində Əjdərbəy məscidində şiə və sünnilərlə birgə namaz qılacağı gözlənilir. Baş nazir Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşəcək. Görüşdə iki ölkə arasındakı əlaqələrin, Dağlıq Qarabağ münaqişəsinin həlli gözlənilir.

------

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan ziyarəti ilə əlaqədar Atatürk hava lımanında brifinq keçirib. Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, baş nazir Azərbaycana səfərinin seçkilərdən sonrakı ilk rəsmi səfər olduğunu və bunun simvolik məna daşıdığını bildirib. Ərdoğan deyib ki, bu səfər həm də beynəlxalq əlaqələr baxımından böyük əhəmiyyət kəsb edir.

Daha sonra 30 mart seçkilərindən danışan baş nazir bildirib ki, Türkiyə sabitlik və rahatlıqdan yana bir seçim idib, hakim pariyaya etimad səsi verib: "Bu etimad səsi mübahisə, müzakirə edilməzdir. Bir yerli seçki olmasına baxmayaraq , əziz millətimiz istər səs nisbətləri, istərsə də şəhər, rayon, kənd bələdiyyələrinə seçkidə partiyamızı həm təkrar birinciliyə daşıdı, həm də rekord səviyyədə dəstək verdi".

Ərdoğan onu da bildirib ki, seçki qutulardan çox çox mesajlar da çıxıb: "Ancaq bunlardan ən əhəmiyyətlilərindən biri xarici siyasətimizə olan dəstəkdir. Sülhsevər dialoqdan yana haqqı müdafiə edən xarici siyasətimiz millətimizdən tam dəstək alıb".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol