Menu

Azərbaycanda köçkünlərə 4 milyard xərclənib

20.06.2016, 15:06
Azərbaycanda köçkünlərə 4 milyard xərclənib

Bu gün Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, Azərbaycan hakimiyyəti son 24 ildə evindən didərgin düşən insanların probleminin öhdəsindən gəlib:

“Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin probleminin həlli üçün 2,5 milyard dollar sərf edib. Beynəlxalq təşkilatlar, xarici dövlətlər isə bu məqsədlə Azərbaycana 1,4 milyard dollar vəsait ayırıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol