İyunun 23-də İngiltərənin müqəddəratı bəlli olacaq.
Referendum ərəfəsində dünya siyasi liderləri və iqtisadçılar Britaniya xalqına növbəti dəfə xəbərdarlıq ediblər. Amerikalı milyarder, Corc Soros Britaniya Avropa Birliyini tərk edəcəyi təqdirdə milli valyuta olan funt sterlinqin dollarla müqayisədə azı 20 faiz dəyər itirəcəyini proqnozlaşdırıb.
Anspress-in məlumatına görə, ötən həftə ərzində keçirilən rəy sorğusunda vətəndaşların əksəriyyəti Avropa Birliyi tərəfdarı olduğunu ifadə edib. Sorğunun nəticəsi funt sterlinqin dəyər qazanmasına səbəb olub.
Avropa Birliyinin prezidenti Donald Tuskun referendumal bağlı xəbərdarlığı isə, daha sərt olub. Donald Tusk qeyd edib ki, Britaniya Avropa Birliyini tərk edərsə, bu, İttifaqın dağılması istiqamətində ilk addım olacaq.
[caption id="" align="alignnone" width="600"] AB prezidenti Donald Tusk və İngiltərə baş naziri Devid Kemeron[/caption]
İyun ayının 23-ündə keçiriləcək səsvermənin nəticləri investorların diqqət mərkəzində olacaq.


Şərhlər