Menu

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü gözlənilir

21.06.2016, 13:21
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü gözlənilir

"Dağlıq Qarabağ məsələsi ilə bağlı Sankt-Peterburqda keçirilən başqa görüşlərin də dünənki formatda baş tutacağı gözlənilir".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Fransanın Yerevandakı səfiri Jan-Fransua Şarpante iyunun 21-də keçirdiyi mətbuat konfransında Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünə münasibət bildirərkən deyib.

Səfir Fransanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsinin mümkünlüyünə də toxunub: "Niyə də yox. Biz Dağlıq Qarabağ məsələsi üzrə ölkəmizdə görüşün keçirilməsinə hazır olduğumuzu həmişə vurğulamışıq".

J.Şarpante prezidentlərin görüşünü etimadın yaranması baxımından yaxşı göstərici olaraq dəyərləndirib: "Sankt-Peterburq görüşünün yekun bəyanatında görüşün müntəzəm keçirilməsinin qeyd edilməsi çox vacib məsələdir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol