Menu

PSJ-nin futbolçusu “Fənərbağça”da

21.06.2016, 14:05
PSJ-nin futbolçusu “Fənərbağça”da

“Fənərbağça” daha bir transfer edib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul klubu PSJ-nin futbolçusu Qreqori van der Vili heyətinə cəlb edir.

Hazırda klubun bazasında olan 28 yaşlı müdafiəçi ilə müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, 2012-ci ildə PSJ-ə “Ayaks”dan transfer olunan futbolçu Paris klubunda 132 oyun keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol