"Zalesye" adlı ov iqamətgahının yerləşdiyi əraziyə 2007-ci ildən əhalinin girişi qadağan edilib
Ukraynada səlahiyyətləri əlindən alınan və ölkədən qaçan prezident Viktor Yanukoviçin ölkə gündəmini uzun müddət zəbt edən lüks sarayı "Mejiqorye"dən sonra indidə ov mülkünün görüntüləri yayılıb. ANS PRESS-in məlumatına görə, ov mülkü "Zalesye" Kiyev yaxınlığındakı Suhaluçya bölgəsində yerləşir. "Zalesye" nəhəngliyi, restavrasiya işləri və büdcəsi ilə ölkənin yeni gündəm mövzusu olub.
İqamətgah Ukrayna Dövlət idarəsi rəhbəri Sergey Averçenko və ekoloqların iştirakı ilə iqamətgaha mətbuatın gəzintisi keçirilib.
S.Averçenko jurnalistlərə açıqlamasında mülkün Ukraynaya gələn əcnəbi nümayəndə heyətləri üçün iqamətgaha çevrilə biləcəyini deyib. Bundan başqa bu ərazi turistlər üçün açıq park olaraq da istifadə ediləcəyi qeyd edilib. Averçenko bu layihə üçün təqribən 3 milyon qrivn (təqribən 265 min dollar) lazım olduğunu qeyd edib.
Ov mülkünün ümumilikdə ərazisi 15 min 800 hektardır. 2 710 nəfərin çalışdığı ov köşkündə 24 bizon, 2 min maral, çöl qabanları və sairə heyvanlar var. 2007-ci ildən vətəndaşların girişinin yasaq olduğu bu bölgənin ətrafında hündürlüyü 3 metr olan divar çəkilib.
Ərazidə böyük bir ev, kilsə, şəxsi liman, balıq tutmaq üçün göl və hamam var. Burada işləyənlərin 140 dollar civarında maaş aldığı qeyd edilir.
Ekoloqlar iqamətgahın yerləşdiyi ərazinin milli parka çevrilməsi gərəkdiyini qeyd ediblər.
Məlumata görə, burada V.Yanukoviçdən başqa heç kim ovlanmayıb. O, hətta 2011-ci ildə Dmitri Medvedevi burada qonaq edib.







Şərhlər