Menu

Qubad İbadoğlu Ədliyyə Nazirliyini məhkəməyə verdi - “Yox” cavabına görə

21.06.2016, 16:01

qubad-ibadogluAzərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Ədliyyə Nazirliyini məhkəməyə verir.

Bu barədə AzNews.az-a hərəkatın sədr müavini Ellada Məmmədli məlumat verib. O bildirib ki, Ədliyyə Nazirliyi hərəkatın dövlət qeydiyyatı ilə bağlı müraciətinə yenə “yox” deyib: “Nazirlik buna səbəb olaraq hərəkatın nizamnaməsində qəbul, əlavə və dəyişiklik edilməsi qaydasının olmamasını göstərib. Artıq 3-cü dəfə hərəkatın qeydiyyat ilə bağlı sənədlər geri qaytarılır. Məncə bunlar bəhanədir ".

E.Məmmədli qeyd edib ki, Ədliyyə Nazirliyi ilə hərəkatın arasında yaranmış məsələ məhkəmədə həll olunacaq: “Bu məsələ həllini tapmayınca şikayətlər davam edəcək. Hətta Avropa Məhkəməsinə də müraciət edəcəyik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol