Menu

Bakıda iki yaşlı uşaq altıncı mərtəbədən yıxılıb

21.06.2016, 18:13
Bakıda iki yaşlı uşaq altıncı mərtəbədən yıxılıb

Bakıda azyaşlı uşaq altıncı mərtəbədən yıxılıb.

“Report”un xəbərinə görə, hadisə Xətai rayonu Gəncə prospekti ev 65-də baş verib.

Həmin binanın altıncı mərtəbəsində yaşayan 2014-cü il təvəllüdlü Tahir Yolçuyev eyvandan yıxılıb.

T.Yolçuyev 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol