Adidasa məxsus topları pley-off mərhələsində baş tutan oyunlarda istifadə ediləcək
UEFA AVRO-2016-nın pley-off mərhələsində yeni model topların istifadə olunmasına qərar verib.
"Report"un "L’Equipe"yə istinadən verdiyi məlumata görə, bununla da tarixdə ilk dəfə bir turnirdə müxtəlif model toplardan istifadə ediləcək.
Pley-off mərhələsində istifadə ediləcək toplar "Adidas"a məxsus olacaq.
Xatırladaq ki, AVRO-2016-nın A qrupunda Fransa və İsveçrə (0:0) komandaları arasında keçirilmiş oyunda top partlayıb.


Şərhlər