Menu

Şimali Koreyanın raket sınağı uğursuz oldu

22.06.2016, 09:10
Şimali Koreyanın raket sınağı uğursuz oldu

Şimali Koreyanın buraxdığı ballistik raketlər 150-160 km uçaraq havada partlayıblar.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu “Renhap”a Cənubi Koreyanın rəsmi qurumlarındakı mənbə bildirib.

“Təhlil göstərir ki, 4 min km-dək məsafəni qət edə biləcək “Musudan” sinfinə aid raketlər cəmi 150 km-dən çox məsafəni qət edə biliblər”, - deyə mənbə bildirib.

Mənbə qeyd edib ki, uçuş zamanı raketlər bir neçə hissəyə parçalanıb.

“Renhap”-ın məlumatına görə, KXDR lideri Kim Çem In raket buraxılışına şəxsən nəzarət edib.

Qeyd edək ki, Şimali Koreya bir qədər əvvəl iki ballistik raketin buraxılışını həyata keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol