Menu

Çərçivə sazişi Avropa Parlamentində müzakirə olunacaq

22.06.2016, 11:16
Çərçivə sazişi Avropa Parlamentində müzakirə olunacaq

Azərbaycan-Avropa İttifaqı çərçivə sazişi Avropa Parlamentinin iclasının gündəliyinə salınıb.

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, iyulun 4-dən 7-dək Strasburqda Avropa Parlamentinin növbəti plenar sessiyası keçiriləcək.

Avropa İttifaqı-Azərbaycan çərçivə sazişi iyulun 6-da müzakirə olunacaq.

Qeyd edək ki, rumıniyalı parlamentar Nikolai Norikanın müəllifi olduğu “Aİ-Azərbaycan çərçivə sazişi: Azərbaycanın Aİ proqramlarında iştirakı ilə bağlı əsas prinsiplər” adlı sənəd iyunun 16-da plenar sessiyada müzakirə olunması üçün Xarici Əlaqələr Komitəsində oxunuşdan keçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol