Menu

Türkiyədə terrorçular polis məntəqəsinə raketlə hücum etdi

22.06.2016, 13:14
Türkiyədə terrorçular polis məntəqəsinə raketlə hücum etdi

Türkiyədə PKK-nın daha bir terrorunun qarşısı alınıb. Anspress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Bitlisdə, Tatvan-Van magistral yolunda nəzarət məntəqəsində yoxlama aparan polislərlə hücum edilib.

Adıçəkilən bölgəyə maşınla gələn PKK terrroçuları polisləri raketlərlə və uzuzn məsafəli silahlarla atəşə tutublar. Təhlükəzilik qüvvələri cavab atəşi açıblar. İnsident nəticəsində 3 terrorçu məhv edilib.

Biri ağır olmaqla 3 mülki şəxs yaralanıb. Bəzi xəbər agentlikləri isə bir nəfərin öldüyünü yazıblar.

Bölgəyə çox sayda zirehli maşın cəlb edilib. Bölgədə təhlükəsizlik gücləndirilib və axtarışlara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol