Menu

Masallı sakini çaya düşüb

22.06.2016, 23:31

cayMasallı rayonunda 1 nəfər çaya düşüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Kosakür kəndində qeydə alınıb.

Ərkivan qəsəbə sakini, 1957-ci il təvəllüdlü Abbasov Etibar Abbas oğlu ehtiyatsızlıqdan çaya düşüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və E.Abbasovun axtarışlarına başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol