Menu

29 nəfər "donuz qripi"ndən öldü

23.06.2016, 08:59
29 nəfər "donuz qripi"ndən öldü

Panamada A(H1N1) virusundan ölənlərin sayı 29 nəfərə çatıb, 400-dən çox insan xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

İyun ayının əvvəlində ölkədə epidemioloji həyəcan elan olunub.

Aprelin 22-dən 1,2 milyon panamalı xəstəliyə qarşı peyvənd olunub. Bu, ölkə əhalisinin ¼ hissəsindən bir qədər çoxdur. Hazırda 1 milyon doza həcmində əlavə vaksin partiyasının alınması üçün danışıqlar aparılır. Xəstəliyin artması fonunda ölkənin səhiyyə naziri Xavyer Terryentes bu ay istefaya göndərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol