Menu

Dənizin ortasında 600 qrama yaxın narkotik aşkarlandı

23.06.2016, 15:19
Dənizin ortasında 600 qrama yaxın narkotik aşkarlandı

İyunun 20-də qabaqlayıcı əməliyyat məlumatı əsasında Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində sahildən 11 mil məsafədə Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsi Cənub şöbəsinin sərhəd gözətçi kateri ilə buylara baxış zamanı 2 bağlamada 476 qram həşişə və 112 qram kokosa oxşar narkotik maddələr aşkar olunaraq götürülüb.

Bu barədə DSX-nın mətbuat mərkəzindən məlumat verilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol