Menu

"Yeni layihələrin həyata keçirilməsini dayandırmışıq" - Rövnəq Abdullayev

23.06.2016, 16:23

Rovneq Abdullayev 5"Həyata keçirdiyimiz layihələrdə heç bir problem müşahidə olunmur".

"APA-Economics" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

"Cənub Qaz Dəhlizi, Karbamid zavodu, Türkiyədəki layihələrimizin icrasında problem yoxdur. Başqa sözlə, başladığımız layihələri uğurla başa çatdıracağıq. Lakin yeni layihələrin həyata keçirilməsini dayandırmışıq. Çox sayda layihələrimiz, ideyalarımız var, lakin biz onların həyata keçirmirik. Neftin qiyməti normallaşandan sonra onları həyata keçirəcəyik", - deyə R. Abdullayev bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol