Menu

Çexiya prezidenti də türk düşməni çıxdı

23.06.2016, 22:26
Çexiya prezidenti də türk düşməni çıxdı

Çexiya prezidenti Miloş Zeman “erməni soyqırımı” ilə bağlı qətnamənin parlamentdə müzakirə edilməsini təklif edib.ANS PRESS-in məlumatına görə, Zeman bu təkliflə ölkə parlamentinin deputatlar palatasının sədri Yan Hamaçeki qəbul edərkən çıxış edib.

Sarkisyan Çexiya prezidentinə rüşvət verib?

Görüş zamanı Zeman Hamaçekə “erməni soyqırımı” ilə bağlı qətnaməni müzakirəyə çıxarmağı məsləhət görüb.

Zeman iyunun 7-də Ermənistanda səfərdə olub. Səfərdən sonra o, “erməni soyqırımı”nın tanınması məsələsində Çexiyanın Almaniyadan nümunə götürməli olduğunu deyib. Ermənistan prezidenti Serj Sarkisyan isə Zemana dəstəyə görə erməni konyakı verib. Çexiya prezidenti Sarkisyana parlamentdə “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbul edilməsi üçün çalışacağını deyib.

Çexiya prezidenti Miloş Zemanın konyak zavodu ilə tanışlığı

Çexiya prezidenti Miloş Zemanın konyak zavodu ilə tanışlığı

İyunun 2-də Almaniya Bundestaqı Türkiyənin etirazlarına baxmayaraq erməni “soyqırımı” layihəsini səsverməyə çıxarıb. Bundestaq qondarma erməni "soyqırımı" ilə bağlı qətnaməni qəbul edib.

Qətnamə “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır. Səsverməyə Almaniya kansleri Angela Merkel qatılmayıb. Qətnamə bir əleyhinə, bir bitərəf səslə qəbul edilib.

Türkiyə  və Azərbaycan Almaniya parlamentinin bu addımını kəskin şəkildə pisləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol