Rusiya prezidenti Putin kimi adamları Haaqa tribunalında yaxud digər beynəlxalq məhkəmədə mühakimə etmək lazımdır. Belə bir fikri Polşanın keçmiş prezidenti, Nobel sülh mükafatının laureatı Lex Valensa səsləndirib. «Normaları, razılaşmaları pozub dünya xalqlarına təhlükə yaratmaq olmaz. Nəsə etmək lazımdır ki, hər kəs belə hərəkətə görə mühakimə olunacağını bilsir. Bunun üçün komissiya yaradııb Rusiyaya qarşı prosesə başlamaq lazımdır», deyə o bildirib.
Valensa qeyd edib ki, dünya «dünya yumruq atan Putinlə şahmat oynamalı deyil».


Şərhlər