Menu

Müdafiə nazirinin sabiq müavini apellyasiya şikayəti verib

24.06.2016, 12:24

mehman 1Müdafiə nazirinin sabiq müavini Mehman Səlimov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

APA-nın məlumatına görə, şikayətə yaxın günlərdə baxılacaq. O, şikayətində bəraət hökmü çıxarılmasını istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.

M. Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol