Menu

Avropa İttifaqı Londonsuz ilk sammitini keçirəcək

24.06.2016, 13:51
Avropa İttifaqı Londonsuz ilk sammitini keçirəcək

Avropa İttifaqı (Aİ) gələn həftə 27 ölkənin iştirakı ilə ilk dəfə Böyük Britaniyasız qeyri-formal sammitini keçirəcək.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin sədri Donald Tusk bəyan edib.

O bildirib ki, sammitin iyulun 28-29-da Aİ Şurasının iclası çərçivəsində keçirilməsi planlaşdırılır.

D.Tusk deyib ki, Aİ Böyük Britaniyadakı referendumdan başqa nəticələr gözləyirdi: "Bu, tarixi hadisədir, amma əsəbi reaksiyadan uzaq olmaq lazımdır".

Aİ-in sədri qeyd edib ki, Böyük Britaniya İttifaqı formal olaraq tərk edənə kimi Avropa İttifaqının qanun və qaydalarının bu ölkədə tətbiqi davam edəcək: "Bu həm hüquqlara, həm də öhdəliklərə şamil olunacaq".

Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 52 faizi Aİ-ni tərk etmək istəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol