Menu

Əli İnsanovu zəhərləmək istəyirlər- Sabiq nazir 13 saylı kalona göndərildi- YENİLƏNİB

05.04.2014, 15:23
Əli İnsanovu zəhərləmək istəyirlər- Sabiq nazir 13 saylı kalona göndərildi- YENİLƏNİB

Sabiq nazirlə bağlı hansısa plan var?

Sabiq səhiyyə naziri Əli İnsanov Qızıldaşdakı 13 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə “Azadlıq” qəzetinə İnsanovun vəkili Toğrul Babayev məlumat verib.

İnsanov Avropa Məhkəməsinin onunla bağlı qərarı əsasında keçirilən təkraar məhkəmə prosesləri ilə əlaqədar Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılırdı.

Xartırladaq ki, Kürdaxanıya köçürülənə qədər də İnsanov 13 saylı kalonda qalıb.

Keçmiş nazir bugünlərdə cəzaçəkmə müəssisəsinə köçürülməsini istəmişdi. O, qanunun imkan verdiyi kimi, evinə yaxın cəzaçəkmə müəssisəsinə göndərilməsini istəyirdi. Əvvəlcə onun istəyinə uyğun olaraq, 2 saylı cəzaçəmə müəssisəsinə köçürüləcəyi deyilirdi. Lakin indi göründüyü kimi, keçmiş nazir yenə də mümkün qədər uzaqlara göndərilib.

----------

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun saxlanıldığı Bakı İstintaq Təcridxanasından köçürülməməsinin səbəbi haqda redaksiyamıza məlumat daxil olub. Həmin məlumatda sabiq nazirlə bağlı gizli proseslərin getməsindən söhbət açılır: “Əli İnsanov 13 saylı cəzaçəkmə müəssisəsində saxlanıldığı vaxtlarda onun həyatına ən müxtəlif formalarda qəsd edilməsinə cəhdlər olub. Onu bir neçə dəfə zəhərləmək istəyiblər.

Lakin bu özünün sayıqlığı nəticəsində baş tutmayıb. Hətta ona yaxın olan bir məhkumu ələ alıb onun vasitəsilə Əli İnsanovu zəhərləmək istəyirdilər. Bundan xəbər tutan digər nüfuzlu dustaqlar həmin məhkumu cəzalandırdılar”.

Musavat.com-un qaynağı Ə.İnsanovun belə məlumatların yayılmasına icazə vermədiyini də söyləyib. İddiada deyilir ki, sabiq nazirin Bakı İstintaq Təcridxanasında saxlanılması oxşar planın gerçəkləşdirilməsi üçün vaxt qazanılması ilə əlaqəli ola bilər.

Məsələ ilə bağlı sabiq nazirin vəkili Toğrul Babayevdən də münasibət öyrənilib. Vəkil müvəkkilinin Bakı İstintaq Təcridxanasından köçürülmədiyini dedi.

Yada salaq ki, Ə.İnsanov barəsində Bakı Apelyasiya Məhkəməsində qərar bir ay 10 gündür ki, qəbul olunub. Barəsində məhkəmə qərarı olmasına baxmayaraq, o, qanuna müvafiq olaraq etap olunmur. Vəkili deyib ki, müvəkkili uzun müddətdir istintaq təcridxanasında saxlanılır. Onun işi ilə bağlı məhkəmə prosesi bitdiyindən cəzaçəkmə müəssisəsinə etap olunmalıdır. Ə.İnsanov ərizəsində etap olunmasını xahiş edib.

Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda Avropa İnsan Hüquqları Məhkəməsinin (AHİM) sabiq səhiyyə naziri Əli İnsanovla bağlı qərarına baxılıb. Plenumun qərarına əsasən Əli İnsanov barəsində Apelyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ləğv edilib, birinci məhkəmə instansiyanın qərarı isə dəyişdirilməyib. İş araşdırılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Bakı Apelyasiya Məhkəməsi isə yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Xatırladaq ki, AİHM Ə. İnsanovun İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü maddəsi üzrə (işgəncə faktı), 6-cı maddəsinin 1-ci və 3-cü paraqrafları (ədalətli məhkəmə hüququ) üzrə iddialarını təmin edib. Qərarda eyni zamanda Azərbaycan hökumətinin Ə. İnsanova 10 min avro məbləğində kompensasiya ödəməli olduğu da əksini tapıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol