Menu

ATƏT-in Minsk qrupunun həmsədrləri birgə - Bəyanat yaydılar

24.06.2016, 21:55

130713144249_atet_304x171_osce_nocreditSənəddə münaqişə tərəfləri Vyana və Peterburqda keçirilmiş görüşlərin nəticələrinə dair birgə bəyanatdakı razılaşmalara hörmət etməyə çağırılır

ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat yayıblar.

"Report" xəbər verir ki, sənəddə münaqişə tərəfləri mayın 16-da Vyana və iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşlərin nəticələrinə dair birgə bəyanatda öz əksini tapmış razılaşmalara hörmət etməyə çağırılır.

"Biz Azərbaycan və Ermənistanı ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin missiyasını genişləndirmək üçün mövcud olan bütün maneələri aradan qaldırmağa, həmçinin ATƏT-in araşdırma mexanizminin yaradılmasına dair təklifə və substantiv danışıqlarda irəliləyişə nail olmağa çağırırıq", - deyə bəyanatda qeyd olunub.

Həmsədrlər həmçinin prezidentlərin son iki görüşün nəticələrinin irəliləməsi üçün hər iki tərəflə bu istiqamətdə işin davam etdirilməsinə hazır olduqlarını bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol