Menu

Qusarda rabitə dirəklərini sel apardı - 22 ev su altında qalıb, 3 ev dağılıb+FOTO

24.06.2016, 23:57
Qusarda rabitə dirəklərini sel apardı - 22 ev su altında qalıb, 3 ev dağılıb+FOTO

Arıçılıq təsərrüfatına ciddi ziyan dəyib

Qusarın Kuzun kəndinə yağan leysan yağışları nəticəsində 22 ev su altında qalıb, 3 ev tamamilə dağılıb.

Bu barədə "Report"un Şimal bürosuna Qusar rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzov məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində kəndin yolları yararsız hala düşüb, elektrik və rabitə dirəklərini və mal-qaranı sel aparıb, arıçılıq təsərrüfatına ciddi ziyan dəyib.

"Kəndin girişindəki körpünün bir hissəsini də su aparıb. Bir çox evlərin divarları uçulub. Yağıntılar 3 saata yaxın davam edib", - deyə komissiya sədri bildirib.

Ş.Fərəməzov hazırda FHK əməkdaşlarının və texnikasının hadisə yerinə cəlb olunduğunu və fəsadların aradan qaldırılması istiqamətində iş aparıldığını qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol