Menu

​Daha iki cüdoçumuz Avropa çempionatında - Medal qazandı

25.06.2016, 00:08
​Daha iki cüdoçumuz Avropa çempionatında - Medal qazandı

Bir cüdoçumuz Avropa çempionu olub

Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatı davam edir.

Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, Azərbaycan milli komandası yarışın ikinci günü aktivinə daha 2 medal yazdırıb.

60 kq. çəki dərəcəsində çıxış edən Vüqar Hüseynov bütün rəqblərindən üstün olaraq qızıl medal qazanıb.

73 kq. çəki dərəcəsində ölkəmizi təmsil edən Müşviq Cəfərov isə gümüş medala sahib olub.

Xatırladaq ki, Avropa çempionatının ilk günündə Fərhad Rəcəbli (90 kq) qızıl medal qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol