Türkiyə mətbuatında önə çıxarılan məsələ əsasən Ərdoğanın prezident İlham Əliyevə nurçularla bağlı siyahı verməsi ilə bağlı səsləndirilən iddialar olub.
Virtualaz.org xəbər verir ki, Əliyev-Ərdoğan görüşü Türkiyə mətbuatında “Gülən camaatına bir zərbə də Əliyevdən”, “Ərdoğan Əliyevə Gülən camaatının siyahısını verdi” başlıqları ilə dərc olunub.
Türkiyə mətbuatı yazır ki, Azərbaycanda camaatın 20-dən çox məktəb və kursları var: “Türkiyənin beynəlxalq təhlükəsizliyini təhdid etməsi haqda Əliyevə mesajlar verən Ərdoğan bu məktəblər haqda təcili olaraq tədbir görülməsi istəyini çatdırıb. Artıq Azərbaycan da bu məktəblərə qarşı tədbir görür”.
Türkiyə mətbuatı Ərdoğanın Bakı səfərini sürpriz kimi qiymətləndirərək görüşün əsəs məqsədinin həm də ikitərəfli əlaqələr olduğunu bildirir və qeyd edir ki, TANAP layihəsi başda olmaqla enerji məsələləri müzakirə olunub.


Şərhlər